Türk politoloq AÇIQLADI — “Neft tankerini onlar vurub”backend

Türk politoloq AÇIQLADI — "Neft tankerini onlar vurub"

ABŞ–İsrail–İran müharibəsinin 27-ci günündə Türkiyəyə məxsus “Altura” neft tankerinə dron hücumu edilib. 140 min ton neft daşıyan gəmi zərbədən sonra su almağa başlayıb. Hadisənin İstanbul boğazından 26 km məsafədə baş verdiyi bildirilir. Gəminin göyərtəsi və mühərrik bölməsi zərər görsə də, 27 nəfərlik heyətin vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Bu hadisədən sonra Türkiyənin hansı addımlar ata biləcəyi müzakirə olunur.

Hadisə ilə bağlı KONKRET.az-a açıqlama verən türk politoloq Aydın Sezer bildirib ki, hücumun dron və ya pilotsuz sualtı aparatla həyata keçirildiyi ilə bağlı iddialar var. Hətta bəzi versiyalara görə, gəmi kənardan vurulmayıb, daxili partlayış baş verib.

Razılaşmalar real nəticə verərsə ən çox Ermənistan fayda götürəcək Aydın  Sezer | Icma.az

Siyasətçinin sözlərinə görə, bu mərhələdə yayılan məlumatlara ehtiyatla yanaşmaq lazımdır. Tankerin xam neft daşıması və mümkün sızma nəticəsində dənizin çirklənməsi ciddi ekoloji fəsadlara səbəb ola bilər.

Aydın Sezer qeyd edib ki, əgər hücum beynəlxalq sularda və kənardan həyata keçirilibsə, şübhəlilər arasında Ukrayna və Böyük Britaniya ola bilər.

Onun sözlərinə görə, Körfəz müharibəsi zamanı enerji qiymətlərindəki artım Rusiyaya ciddi gəlirlər qazandırıb, Böyük Britaniya isə bu vəziyyətdən narazıdır.

Türk politoloq vurğulayıb ki, NATO və müttəfiqlərinin Türkiyənin etirazlarına baxmayaraq, Qara dənizi münaqişə zonasına çevirmək istədikləri uzun müddətdir məlumdur. Türkiyə isə bu məsələdə daha ehtiyatlı mövqe sərgiləyir. Türkiyə–Rusiya enerji ticarətinin strateji əhəmiyyət daşıdığı, xüsusilə son proseslər fonunda əməkdaşlığın daha da artdığı qeyd olunur.

Sezer sonda bildirib ki, hazırkı mərhələdə Türkiyəni şimal istiqamətində müharibəyə cəlb etmək cəhdləri nəticə verməyəcək. Türkiyə NATO üzvü olsa da, Rusiya ilə münasibətlərini qorumağa davam etməlidir. Akkuyu Atom Elektrik Stansiyası, neft və təbii qaz əməkdaşlığı fonunda Türkiyənin alternativlərinin məhdud olduğu vurğulanıb.

Dəniz Pənahova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*