Gəncədə sərxoş kişi evində yanaraq öldübackend

Gəncədə sərxoş kişi evində yanaraq öldü

Gəncədə sərxoş kişi evində yanaraq həyatını itirib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

1960-cı il təvəllüdlü Zaur Məmmədovun evində yanğın hadisəsi baş verib. Yanğın söndürüldükdən sonra mənzildən Z.Məmmədovun yanmış meyiti aşkar edilib.

İlkin ehtimala görə, sərxoş vəziyyətdə olan Z.Məmmədov siqaret çəkərkən yuxulayıb və siqaret yerə düşüb. Nəticədə ev və sahibi yanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*