Türkiyə 28 ildir bağladığı yolu aça bilərbackend

Türkiyə 28 ildir bağladığı yolu aça bilər

Azərbaycan və Ermənistan arasında Soçidə baş tutan görüş, 3+3 platformasının fəaliyyətə başlaması, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin qarşılıqlı təyinatı Cənubi Qafqazda yeni mərhələnin başlamasına şərait yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Türkiyə qəzeti”ndə analitik məqalə dərc edilib.

“Bölgədə ticarət və iqtisadiyyatı canlandıracaq və region ölkələrinə fayda verəcək bir sıra addımlar atılacaq. Ankara və Bakının prioriteti türk dünyası ilə Türkiyə arasında quru əlaqəsi yaradacaq və iqtisadi inkişafa əhəmiyyətli töhfə verəcək Zəngəzur dəhlizinin aktivləşdirilməsidir.

Dəhlizin açılması ilə türk dünyası uzun illərdən sonra yenidən bu xətt üzərindən bir araya gələcək. Bundan əlavə, Naxçıvanın qurudan Azərbaycanla əlaqəsi asanlaşacaq.

Naxçıvanlı iş adamlarının Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən dəhliz Azərbaycan, Türkiyə və Naxçıvanın geosiyasi və geoiqtisadi əhəmiyyətini də artıracaq.

Bundan başqa, Ermənistanla normallaşmadan sonra gözlənti 1993-cü ildə bağlanan Gümrü-Qars dəmir yolu xəttinin yenidən açılması olacaq”, – nəşr yazır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*