backend

TÜRKİYƏ analoqsuz ekskavator buraxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 100 faiz yerli istehsal olan və elektriklə işləyən ekskavatorun ilk testini edib.

KONKRET.az xəbər verir ki, sükan arxasına keçən Ərdoğan texnikanı hərəkətə gətirib. O, ekskavatorun bazara çıxarılması üçün hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.

2016-cı ildə elektriklə işləyən ekskavatorun hazırlanma layihəsinə başlanılıb. Çəkisi 7 ton, yük götürmə qabiliyyəti 600 kilodur. Texnika enerji ehtiyatı sayəsində 8 saat işləyə bilir. 3 saat yarım ərzində tam enerji yığan ekskavator saatda 30 kilometr məsafə qət edə bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*