“İrəvanda “Nemezis” abidəsinin qoyulması ilə bağlı Baş nazir Nikol Paşinyana deməmişəm”.
KONKRET.az xəbər verir ki, bunu mayın 10-da jurnalistlərə müsahibəsində İrəvanın keçmiş meri, Ermənistan hökuməti başçısının müşaviri Qraçya Sarkisyan deyib. O, İrəvanda abidənin qoyulmasından Paşinyanın xəbəri olub-olmaması barədə jurnalistlərin sualına cavab verib.
“Təbii ki, mənim xəbərim var idi, amma Baş nazirə heç nə demədim.
Düşünürəm ki, bu hansısa şəkildə qeydə alınmış “tarixi fakt”dır. Bəs indi Türkiyə hökuməti bizi bu məlumatları dərsliklərimizdən də çıxarmağa məcbur edəcək? Onlar bizim daxili işlərimizə qarışmamalıdırlar”, – deyə Sarkisyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az