Türkiyə Ermənistan üçün hava məkanını BAĞLADI – İrəvan-Paris reysi LƏĞV EDİLDİbackend

Türkiyə Ermənistan üçün hava məkanını BAĞLADI - İrəvan-Paris reysi LƏĞV EDİLDİ

Türkiyə hava məkanını Ermənistandan üçüncü ölkələrə uçuşlar üçün bağlayıb.

KONKRET.az xəbər verir ki, bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.

O bildirib ki, Türkiyə öz hava məkanını üçüncü ölkələrə uçan Ermənistan aviaşirkətlərinin təyyarələri üçün bağlayıb.

“Biz Ermənistan üçün hava məkanını üçüncü ölkələrə uçuşlar üçün bağladıq. Lazım gələrsə, ölkəmizə təyyarələr buraxacağıq, lakin Ermənistanın Türkiyə və Azərbaycana qarşı təxribatları davam etdikcə, təyyarələrin, o cümlədən, şəxsi təyyarələrin məkanımızdan keçməsinə icazə verməyəcəyik. Onlara mane olmasalar, başqa tədbirlər görəcəyik”, – deyə Çavuşoğlu bildirib.

İrəvan-Paris-Yerevan reysi də Türkiyənin qadağası səbəbindən ləğv edilib.

Mayın 3-də bu barədə “Flyone Armenia” şirkətinin Direktorlar Şurasının sədri Aram Ananyan bildirib.

“80 sərnişin İrəvandan Parisə uça bilməyib. Onlara dəyən ziyanın ödənilməsi istiqamətində işlər görürük. Bir az sonra bu günə planlaşdırılan uçuşlar barədə məlumat verəcəyik”, – Ananyan deyib.

Paris-İrəvan təyyarəsi Moldovanın paytaxtı Kişinyov hava limanına məcburi eniş edib.

Xatırladaq ki, Türkiyə öz hava məkanı vasitəsilə yalnız digər ölkələrə uçuşları qadağan edib. Türkiyəyə birbaşa uçuşlar qadağan edilmir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*