Türkiyə Böyük Britaniyadan 4+ nəsil “Tayfun” qırıcılarını tam sərbəst istifadə etmək üçün alıb.
KONKRET.az xəbər verir ki, bu barədə həm Türkiyə, həm də bir sıra beynəlxalq hərbi ekspertlər bildirirlər.
İnventarında F-16 qırıcılarının olmasına baxmayaraq, Türkiyə uzun müzakirələrdən sonra üstünlüyü Britaniya “Tayfun”larına verib.
Ekspertlər 4+ nəsil “Tayfun”ların texniki xüsusiyyətlərinin F-16 Blok 70-lərdən üstün olduğunu vurğulayırlar. Məsələn, “Tayfun”ların iki mühərriki onları F-16-lara nisbətən daha sürətli, çevik və manevrli edir.
Amma Türkiyənin “Tayfun” almasının ən mühüm səbəbi satıcının bu barədə hər hansı məhdudiyyət tətbiq etməməsidir. Məlumdur ki, ABŞ dünyanın müxtəlif ölkələrinə satdığı aviasiya sistemlərində əsas üstünlüyü özündə saxlayır. Yəni F-16-ya sahib olan ölkə heç də onun sərbəst istifadəsinə sahib olmur. Həm rəsmi açıqlamalarda, həm də mətbuatda dərc olunan məlumatlarda Türkiyənin dəfələrlə belə qadağalara məruz qaldığı bildirilib.
