Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu Türkiyə boğazlarından fasiləsiz keçən beynəlxalq gəmilərdən alınan ödənişlərə yeni dəyişiklik edildiyini bildirib.
KONKRET.az-ın məlumatına görə, Uraloğlu Bosfor keçidinin qızıl frankı ilə müəyyən edilməsində istifadə olunan ton başına xalis vahidin 4,42 dollara yüksəldildiyini açıqlayıb.
Onun sözlərinə görə, Montrö Konvensiyasına əsasən, Türkiyə boğazlarından dayanmadan keçəcək gəmilərdən 3 maddə üzrə ödəniş tələb ediləcək: sanitar nəzarət xidməti, mayak xidməti və xilasetmə xidməti.
Ötən ilə qədər qiymətlər sabit qalıb. Əbdülkadir Uraloğlu bildirib ki, Türkiyə prezidentinin qərarı ilə bu qiymətlər hər il yenilənəcək.
Yeni tarif iyulun 1-dən qüvvəyə minəcək.
Burhan,
KONKRET.az