“Türkiyə ilə sərhədin açılması Ermənistan üçün fürsətdir” – Kerobyanbackend

"Türkiyə ilə sərhədin açılması Ermənistan üçün fürsətdir" - Kerobyan

“Türkiyə ilə sərhədin açılması Ermənistan üçün təhlükə deyil, fürsətdir”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri iqtisadiyyat naziri Vaan Kerobyan deyib: “Türkiyədə erməni ərzaq məhsullarına, tekstil, zərgərlik, almaz və yüksək texnologiyalı məmulatlara tələbat var. Ona görə də, Türkiyə ilə quru sərhədinin açılması Ermənistan iqtisadiyyatı üçün təhlükə deyil, fürsətdir. İdxal baxımından Türkiyə ilə sərhəd uzun müddətdir açıqdır. Türkiyə istehsalçılarının Ermənistanda məhsullarını satmasında heç bir problemi yoxdur. Amma rməni şirkətlərinin hələ də Türkiyəyə giriş imkanı yoxdur. Biz əminik ki, sərhədin açılması ilə bu məsələ həllini tapacaq”, – Kerobyan bildirib.

“Bu fürsətdən istifadə etmək üçün erməni şirkətləri məhsuldarlığını və səmərəliliyini artırmalıdırlar. Erməni kənd təsərrüfatı şirkətləri Türkiyənin ucuz kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı hökumətə narahatlıq bildirməyib.
Qonşu ölkədə ərzaq, tekstil, zərgərlik, almaz istehsalı, yüksək texnologiyalar tələb olunur. Bizim demək olar ki, bu sahələrin hər birində təklif edəcəyimiz məhsullar var. Həmçinin Türkiyədə müalicə turizminin inkişafını istisna etmirik”, – deyə Kerobyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*