Türkiyə ilk dəfə NATO-nun sülhməramlı missiyasına rəhbərlik etdibackend

Türkiyə ilk dəfə NATO-nun sülhməramlı missiyasına rəhbərlik etdi

Türkiyə ilk dəfə NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinə (KFOR) rəhbərlik edib.

KONKRET.az xəbər verir ki, bu barədə KFOR-un mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl KFOR-a İtaliya rəhbərlik edib.Priştnada keçirilən mərasimdə Mişel Ristuccia səlahiyyətlərini türk generalı Özkan Ulutaşa təhvil verib.

Qeyd edək ki, KFOR missiyası BMT Təhlükəsizlik Şurasının 1999-cu ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq yaradılıb. Hazırda missiyanın tərkibində 27 ölkədən 4500 hərbçi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*