Türkiyənin Vitse-prezidenti Fuad Oktay ölkənin konstitusiyasının (Anayasa) dəyişdirilməsi ehtimalından danışıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə “A Haber”ə müsahibəsində bildirib.
“Konstitusiya dəyişiklikləri ilə bağlı bizim bundan əvvəl də müxalifətə çağırışlarımız olub – hər kəs öz versiyasını təqdim etsin, sonra ortaq məxrəcə gələk. Türkiyə əvvəlki konstitusiyadan artıq xilas olmalıdır. Arzu edirik ki, konstitusiyanı dəyişdirəcək bir toplumumuz olsun. Amma belə görünür ki, bu mövzuda müxalifətlə birlikdə hərəkət etmək lazımdır”, – deyə o bildirib.