Türkiyə Mask və Bezosu İstanbula dəvət etdibackend

Türkiyə Mask və Bezosu İstanbula dəvət etdi

Türkiyə milyarderlər – İlon Mask və Ceff Bezosu sentyabrın 28-də İnvestisiya Məsləhət Şurasının iclasında iştirak etmək üçün İstanbula dəvət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” qəzeti yazıb.

“Səkkiz ildir keçirilməyən İnvestisiya Məsləhət Şurasının iclası bu il sentyabrın 28-də Dolmabaxça sarayında keçiriləcək. Görüşə İlon Mask və Ceff Bezos da daxil olmaqla dünyanın aparıcı şirkətlərinin baş direktorları və direktorlar şuralarının sədrləri dəvət olunublar”, – nəşr qeyd edib.

Vitse-prezident Cevdet Yılmazın imzaladığı, Dünya Bankı kimi bir çox şirkət və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmilərinə göndərilən dəvət məktublarında xahiş edilib ki, cavab məktubları avqustun 23-dək verilməlidir.

Səkkiz illik fasilədən sonra keçiriləcək İnvestisiya Məsləhət Şurasının iclasında Çin və Körfəz ölkələrindən olan şirkətlərə daha çox diqqət ayrılacaq.

Rəsmiyyə Şərifova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*