backend

Türkiyə nüvə ölkəsi kimi – Ərdoğanın açıqlaması “bomba” effekti verib – Ekspert şərhi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin nüvə silahına sahib olmasını zəruri hesab etdiyini vurğulayıb. Ərdoğan hazırda Türkiyənin nüvə silahına sahib olmaq yolunda addımlar atdığını deyib: “Bəzilərinin əlində nüvə raketi var, bir dənə deyil, iki dənə deyil. Mənim əlimdə nüvə raketi olmasın? Mən bunu qəbul etmirəm! Hazırda dünyada inkişaf etmiş ölkələrin demək olar ki, hamısında nüvə başlıqlı raketlər var. Amma bizə “sən etmə!” deyirlər” – deyə Ərdoğan qeyd edib. Türkiyə hökumətinin, eləcə də prezident Ərdoğanın heç vaxt nüvə silahına sahiblənməklə bağlı çıxışlar etməməsi, ilk dəfə belə bir açıqlamanın verilməsi, dünya gündəmində əsl bomba effekti yaradıb.

Görəsən, Ərdoğanın belə bir çıxış etməsinin səbəbi nədir?. Ümumiyyətlə bu cür çıxışlar, gələcəkdə Türkiyənin nüvə ölkəsinə çevrilməsinə gətirib çıxara bilərmi?

Konkret.az-ın ünvanladığı sualları cavablandıran politoloq Nəzakət Məmmədova bildirib ki, dünyada adi silahlarla müharibə daima baş verir nüvə silahı isə yalnız təhdidedici, amma tətbiqi real olmayan silah növüdür:  “Əksinə, Soyuq müharibə dövründə məhz nüvə silahının olması, ABŞ və SSRİ-ni bir-biri ilə müharibə etməkdən çəkindirib. İki fövqəldövlət rusların Karib böhranı, amerikalıların isə raket böhranı dedikləri 1961-ci il Kuba ətrafında nüvə müharibəsinin astanasından geri dönüb. Eyni zamanda, Türkiyə də NATO üzvü kimi təşkilatın nüvə çətiri altında qorunur və Rusiyanın nüvə dövləti, İranın nüvə silahı əldə etməyə çalışdığı bir şəraitdə bu, Türkiyə üçün çox vacibdir. İsrailin də nüvə silahına malik olması nəzərə alınarsa, Türkiyə üçün bunun əhəmiyyəti daha aydın görünər”.

Nezaket Memmedova adlı şəxsin şəkli.

Nəzakət Məmmədova əlavə edib ki, bir neçə il əvvəl alman kəşfiyyatı Türkiyənin nüvə silahı əldə etmək qabiliyyətində olduğunu xəbər vermişdi: “Əgər bu, baş verərsə, Türkiyə Pakistandan sonra ikinci müsəlman nüvə dövləti ola bilər. Türkiyə NATO əlaqələrinin perspektivi, həm də Türkiyənin etibarlı nüvə çətiri məsələsinin necə həll olması ilə bağlıdır. Türkiyənin bilavasitə sərhədlərində müharibə gedir, ölkə terror təhdidi altındadır. Türkiyə Böyük İyirmiliyə daxildir və öz təhlükəsizliyini təmin etmək zərurəti yaranıb. Lakin bütün bunlara baxmayaraq, prezident Ərdoğan bəyan edib ki, o, nüvə silahı əldə etmək istəmir. Bu, təqdirəlayiq addımdır.

Müşfiq ƏHMƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*