Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Moskvanın şimalında avtomobili partlatmaqda şübhəli bilinən şəxsin Türkiyəyə qaçdığını bildirib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Bortnikov jurnalistlərin şübhəlinin ekstradisiyasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən məsələnin müsbət həllinə ümid etdiyini deyib:
“Türkiyə tərəfi ilə şübhəlinin tutulması və ekstradisiyası məsələsi müzakirə olunur. Biz türklərlə işləyirik və müntəzəm olaraq əlaqədəyik”
Xatırladaq ki, avtomobilin partlaması nəticəsində biri kişi, digəri qadın olmaqla 2 nəfər xəsarət alıb.
Orxan Həsənli
KONKRET.az