Türkiyə parlamentinin yeni deputatının çoxarvadlı olduğu üzə çıxdıbackend

Türkiyə parlamentinin yeni deputatının çoxarvadlı olduğu üzə çıxdı 

Son seçkilərdə İslamçı Rifah Partiyasından (YRP) Türkiyə parlamentinə deputat seçilən millət vəkili Əli Yükselin çoxarvadlı olduğu üzə çıxıb.

KONKRET.az xəbər verir ki, məlumatı Türkiyə müxalifəti yayıb.

Türkiyə Qadın Dərnəkləri Federasiyasının prezidenti Canan Güllü deyib ki, belə bir şəxsin Türkiyə Böyük Millət Məclisinə seçilməsi cinayətdir və qadınların hüquqlarının pozulmasıdır.

Vəkil Hülə Gülbahar isə bildirib ki, bu gün zina cinayətinin kriminallaşdırılması kimi vədlərlə qarşı-qarşıyayıq:

“Son 20 ildə Türkiyədə çoxarvadlılıq qanuniləşdirilib və hüquq sistemi tədricən buna doğru irəliləyir”.

Qeyd edək ki, Mustafa Kamal Atatürkün dövründə çoxarvadlılıq qanuni olaraq qadağan edilib. 2016-cı ildə hakim Ədalət və İnkişaf Partiyası konstitusiyada rəsmi nikah olmadan dini nikahı qadağan edən maddəni ləğv edib.

Burhan, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*