Türkiyə prezidentini təhqir edən aktrisa saxlanıldıbackend

Türkiyə prezidentini təhqir edən aktrisa saxlanıldı

2009-cu ildə “Miss Globe Türkiye” seçilən Banu Öztürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, sosial şəbəkədə etdiyi paylaşımlarda Ərdoğanı təhqir edən qadın Beykoz Prokurorluğunun göstərişi ilə nəzarət altına alınıb.

Qeyd edək ki, Banu Öztürk “Avrupa yakası” və “Adanalı” kimi bir çox serialda da rol alıb.//Pravda.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*