“Ermənistan mətbuatında “Türkiyə Ermənistanın təhlükəsizliyinin qarantı ola bilər”, “Ermənistanın türk dövlətlərinin iqtisadi, nəqliyyat və logistika layihələrinə inteqrasiyası lazımdır” fikirlərinin yer aldığı materiallar getdikcə artır”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni politoloq Benyamin Matevosyan danışıb.
“Dəfələrlə deyilib ki, NATO-nun və bütövlükdə Qərbin regionda “operatoru” Türkiyədir. Ermənistan üçün türk dünyasına inteqrasiya bu baxımdan Türkiyə vasitəsilə həyata keçə bilər.
Ümumiyyətlə, Ermənistanın (və bütövlükdə Zaqafqaziyanın) türk dünyasına inteqrasiyası üçün məhz bu variant Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tərəfindən təklif edilir. Türkiyənin regionun aparıcı ölkəsi kimi regional sülhün bərqərar olması məsələsində faydalı ola biləcəyini deyir”, – deyə ekspert əlavə edib.
Natiq Səlim,
KONKRET.az