Türkiyə Rusiya–Ukrayna münaqişəsinin nizamlanmasına məsuliyyət götürməyə hazırdırbackend

Türkiyə Rusiya–Ukrayna münaqişəsinin nizamlanmasına məsuliyyət götürməyə hazırdır

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasından sonra yayılan bəyanatda qeyd olunub.

Sənəddə bildirilir: “İclasda Türkiyənin Rusiya ilə Ukrayna arasında davamlı sülhün təmin olunması üçün məsuliyyət götürməyə və bu prosesə hər cür töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib.”

KONKRET.az xəbər verir ki, qeyd edək ki, Türkiyə müharibə başlayandan bəri həm Rusiya, həm də Ukrayna ilə əlaqələri qoruyub saxlayan nadir ölkələrdən biri olaraq vasitəçi rolunu təklif edir. Ankaranın təşəbbüsü ilə daha əvvəl İstanbulda danışıqlar və taxıl dəhlizi razılaşması da həyata keçirilmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*