Türkiyə səfiri Azərbaycanı tərk etdibackend

Türkiyə səfiri Azərbaycanı tərk etdi

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Bakını tərk edib.

KONKRET.az xəbər verir ki, diplomat bu gün ölkəsinə qayıdıb.

E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti aprel ayında başa çatıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub.

Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*