Ermənistan Paşinyanın əli ilə müxtəlif güc mərkəzlərinin əlaltısına çevrilir.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Anna Karapetyan deyib.
O bildirib ki, Ermənistan güc mərkəzi olan vektoru daim dəyişir:
“Bütün bunlara görə Türkiyənin güclənməsi kontekstində təhlükələr Ermənistan üçün gündən-günə artır və bu gün hər hansı optimist proqnoz vermək çox çətindir”.
Onun fikrincə, 2025-ci ildə Ermənistan suverenliyini belə itirə bilər.