Türkiyə sürətli qatar yaradırbackend

Türkiyə sürətli qatar yaradır

Türkiyə yerli sürətli qatarların yaradılması layihəsini həyata keçirir.

KONKRET.az Anadolu agentliyinə istinadən xəbər verir ki, sürəti 225 km/saata qədər inkişaf etdirəcək qatarın layihəsinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

TÜVASAŞ holdinqindən verilən məlumata görə, eyni zamanda prototip qatarın yaradılması prosesinə başlanılıb.

Sürətli qatar səkkiz vaqondan ibarət olacaq və 582 sərnişin daşıycaq. Layihənin məqsədi ölkənin dəmir yolu qatarlarının ixracından asılılığını azaltmaq və bu sahədə ixrac potensialını formalaşdırmaqdır.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*