Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.
KONKRET.az xəbər verir ki, borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılacaq.
Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.