Türkiyə Suriyada 3 hərbi baza yerləşdirməyə hazırlaşır – YENİ DETALLARbackend

Türkiyə Suriyada 3 hərbi baza yerləşdirməyə hazırlaşır - YENİ DETALLAR

Ankara və Dəməşq hərbi əməkdaşlıq sazişinin imzalanmasına yaxındır. Bu razılaşma Türkiyəyə Suriyanın ərazisində üç hərbi baza yerləşdirməyə imkan verəcək.

KONKRET.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, sözügedən saziş çərçivəsində Türkiyə təlimatçıları Suriya əsgərlərinə hazırlıq keçəcək, həmçinin hərbi məsləhətləşmələr və ordu islahatlarında yardım göstərəcəklər. Eyni zamanda, tərəflər hava hücumundan müdafiə və pilotsuz uçuş aparatları sahəsində də əməkdaşlığı nəzərdən keçirirlər.

“Aydınlık” yazır ki, Türkiyənin Suriyada hərbi mövcudluğunu genişləndirməsi İsrail və bir sıra ərəb dövlətləri tərəfindən regionda qüvvələr balansına təhdid kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*