Türkiyədə 33 haker SAXLANILDI: 10 min internet saytına hücum planlaşdırılıbbackend

Türkiyədə 33 haker SAXLANILDI: 10 min internet saytına hücum planlaşdırılıb

Ankarada hakerlərə qarşı keçirilən əməliyyat çərçivəsində 33 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, onlar Türkiyədə  450-si dövlət qurumlarına aid olmaqla 10 min internet saytına kiberhücum planlaşdırıb.

Əməliyyata cavabdeh olan antiterror bölməsinin məlumatına görə, işdə 42 nəfər iştirak edib.

Hakerlər Ankara da daxil olmaqla 19 müxtəlif şəhərdə axtarışa verilib. Saxlanılan şəxslərdən külli miqdarda rəqəmsal material, həmçinin 830 ədəd sintetik narkotik vasitə götürülüb.

Qeyd edək ki, əməliyyat bazar günü, mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində həyata keçirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*