Türkiyədə azərbaycanlı tələbə vəfat etdi – FOTObackend

Türkiyədə azərbaycanlı tələbə vəfat etdi – FOTO

Türkiyədə qəzada xəsarət almış azərbaycanlı tələbə Möhlət Bəhlulzadə xəstəxanada vəfat edib.

KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qəza hadisəsi oktyabrın 11-i Alanya şəhərində baş verib.

Belə ki, 62 yaşlı Süleyman T.-nin idarə etdiyi minik avtomobili 27 yaşlı Möhlət Bəhlulzadənin kvadrasiklinə arxadan çırpılıb.

Zərbənin təsirindən ağır xəsarətlər alan Bəhlulzadə xəstəxanaya yerləşdirilib, lakin 15 gün sonra – oktyabrın 26-sı həyatını itirib.

Qəzaya səbəb olan taksi sürücüsü Süleyman T. məhkəmə qərarı ilə həbs edilib.

Qeyd edək ki, M.Bəhlulzadə Alanya Alaaddin Keykubat Universitetinin tələbəsi idi.

telebe2
telebe3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*