Türkiyədə azərbaycanlı tələbələr “Bayraq günü” münasibəti ilə flaşmob keçirdilərbackend

Türkiyədə azərbaycanlı tələbələr “Bayraq günü” münasibəti ilə flaşmob keçirdilər

Türkiyədə 9 Noyabr Azərbaycanın Bayraq Günü münasibəti ilə Bursa Uludağ Universitetində (BUÜ) təhsil alan azərbaycanlı tələbələr fləşmob keçiriblər.

KONKRET.AZ “Report”a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin üzvü olan tələbələr Bursa Uludağ Üniversitetinin Mediko Meydanına qədər Azərbaycan bayraqları ilə uzun məsafəni qəth etdikdən sonra, dövlət himnini səsləndirib, səs effektləri ilə maraqlı fiqurlar reallaşdırıblar.

Yüzlərlə tələbənin iştirak etdiyi flaşmob göz oxşayan görüntülərlə yadda qalıb. “Bayraq günü” münasibəti ilə təşkil edilən flaşmobdan sonra Azərbaycanın milli musiqilərindən ibarət rəqs kompoziyası təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*