Türkiyədə bələdiyyə başqanı 2 min sosial şəbəkə istifadəçisini məhkəməyə verdibackend

Türkiyədə bələdiyyə başqanı 2 min sosial şəbəkə istifadəçisini məhkəməyə verdi

Türkiyənin Bolu şəhərinin bələdiyyə başqanı Tanju Özcan 2000 sosial şəbəkə istifadəçisini məhkəməyə verib.

KONKRET.az “Cumhuriyyet”ə istinadən xəbər verir ki, Tanju Özcanın sosial mediada miqrantlar və ümumilikdə siyasətlə bağlı etdiyi paylaşımları istifadəçilərin kəskin narazılığına səbəb olub və onun ünvanına qarşı qeyri-etik ifadələr səsləndirilib.

Bunun ardınca mer məsələ ilə bağlı vəkilinə lazımi təlimatlar verib. Vəkilin məlumatına görə isə, Tanju Özcanı sosial şəbəkələrdə təhqir edən 2000 nəfər müəyyən edilib və onlarla bağlı məhkəməyə müraciət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*