Türkiyədə daha bir antiterror əməliyyatı: 222 PKK üzvü TUTULDUbackend

Türkiyədə daha bir antiterror əməliyyatı: 222 PKK üzvü TUTULDU

Türkiyədə daha bir antiterror əməliyyatı keçirilib, nəticədə 222 nəfər saxlanılıb.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə informasiyanı daxili işlər naziri Əli Yerlikaya yayıb.

Onun sözlərinə görə, “Gürz-8” kod adlı genişmiqyaslı polis əməliyyatı eyni vaxtda ölkənin 36 vilayətini əhatə edib.

Saxlanılan şəxslər PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinir. Axtarışlar zamanı onların üzərindən tapança, ov tüfəngi, xarici valyuta və türk lirəsi də daxil olmaqla çoxlu sayda dövlət qeydiyyatı olmayan silah-sursat, rəqəmsal materiallar və təşkilati sənədlər aşkar edilib.

Günel Mikayılova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*