Türkiyədə FETÖ əməliyyatı: 77 nəfər saxlanıldıbackend

Türkiyədə FETÖ əməliyyatı: 77 nəfər saxlanıldı

Türkiyənin 26 vilayətində son iki həftə ərzində FETÖ-ə qarşı aparılan əməliyyatlar çərçivəsində 77 nəfər saxlanılıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili İşlər naziri Əli Yerliqaya paylaşım edib.

Paylaşımda bildirilib ki, sosial şəbəkələr vasitəsilə FETÖ-nün təbliğatını aparmaq, təşkilatın mövcud strukturunda iştirak etmək və təşkilata maliyyə yardımı göstərmək ittihamı ilə saxlanılan 77 nəfərin 56-sı həbs edilib, 21-i barəsində isə müəyyən ədliyyə prosedurları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*