Türkiyədə həbsxanadan qaçan erməni yazıçı Yunanıstanda saxlanıldı – Deportasiya olunacaqbackend

Türkiyədə həbsxanadan qaçan erməni yazıçı Yunanıstanda saxlanıldı - Deportasiya olunacaq

Türkiyə tərəfindən axtarışa verilən erməni yazıçı Sevan Nişanyan Yunanıstanda saxlanılıb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Sevan Nişanyan 2014-cü ildə Türkiyədə həbs olunmuşdu. O, “qanunsuz tikinti” maddəsi ilə 16 il 7 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin Nişanyan 2017-ci ildə həbsxanadan qaçaraq Yunanıstanda sığınacaq almışdı.

Hazırda o, Yunanıstan polisi tərəfindən saxlanılıb və Türkiyəyə deportasiya olunması gözlənilir.

Erməni mətbuatının yazdığına görə, Ermənistan səfirliyi problemin həlli üçün əlindən gələni edir. Yazıçının həyat yoldaşı Gera Çurun bildirib ki, Yunanıstan hökuməti Nişanyanın yaşayış icazəsini uzatmayıb və indi onun hansı ölkəyə deportasiya ediləcəyinə prokuror qərar verəcək.

Yanvarın 3-də Samos məhkəməsi onun Türkiyəyə, yoxsa Ermənistana deportasiyasına qərarı açıqlayacaq.

Nişanyan 2021-ci ilin oktyabrında Afina administrasiyası tərəfindən “persona non qrata” elan edildiyini bildirmişdi.

Qeyd edək ki, 2019-cu ildə Nişanyan Ermənistan vətəndaşlığını qəbul edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*