Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalaraq həlak olan Samir Quliyevlə Gədəbəy rayonunda vida mərasimi başa çatıb.
KONKRET.az xəbər verir ki, vida mərasimindən sonra S.Quliyev rayonun İnəkboğan kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində yaxınları, dostları, kənd sakinləri, rayon icra hakimiyyətinin, ictimaiyyət nümayəndələri iştirak ediblər.//Oxu.az