Türkiyədə mədən çökdü, fəhlələr dağıntı altında qaldıbackend

Türkiyədə mədən çökdü, fəhlələr dağıntı altında qaldı

Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib.

KONKRET.az xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, hadisə zamanı mədəndə fəhlələr olub. Onların xilas edilməsi istiqamətində əməliyyat aparılır.

Məlumata görə, Elazığın Alacakaya rayonunda baş verən olay yerinə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*