Türkiyədə mədəndə DƏHŞƏTLİ PARTLAYIŞ: Ölən və yaralananlar varbackend

Türkiyədə mədəndə DƏHŞƏTLİ PARTLAYIŞ: Ölən və yaralananlar var

Türkiyənin Sivas vilayətinin Kardere kəndində yerləşən açıq tipli kömür mədənində güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə cəlb olunan fövqəladə hallar və təcili tibbi yardım qrupları yaralılara ilk müdaxiləni göstərərək xəstəxanaya çatdırıblar.

Partlayışın səbəbi hələlik açıqlanmayıb.

Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmaya başlayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*