Türkiyənin Çorum şəhərinin Sungurlu rayonunda məktəblilərin olduğu avtobus qəzaya uğrayıb.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 15-i uşaq olmaqla 16 nəfər yüngül xəsarət alıb.
Bildirilib ki, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə düşüb.
Yaralılar ilkin müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.