Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi Azərbaycana qayıdıbbackend

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi Azərbaycana qayıdıb

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Azərbaycana qayıdıb.

Bu barədə KONKRET.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla – Ula, Bolu – Gerede, Uşak – Eşme, Akhisar – Taşkuyucak, Balıkesir – Edremit, Manisa – Alaşehir, İzmir – Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa – Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib:

“Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb. Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*