Hazırda Türkiyədə müalicə edilən II Qarabağ müharibəsi qaziləri ailə üzvləri ilə görüşüblər.
KONKRET.az xəbər verir ki, “Haber Global”ın hazırladığı süjetdə qeyd olunur ki, Azərbaycan 44 gün davam edən İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurub. Cəbhəyə axışan minlərlə əsgər Vətən uğrunda döyüşlərdə yaralanaraq qazi olub:
“Azərbaycanlı qazilərin bir qismi Türkiyədə müalicə alır. Bəziləri çoxdandır ki, buradadır. Yeni il qabağı onlara sürpriz edilib – ailələri ilə görüşüblər”.