Türkiyənin Antalya şəhərində yerləşən bazarda gecə vaxtlarında baş verən oğurluq anbaan təhlükəsizlik kameralarına düşüb.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, son günlər bazarda mütəmadi oğurluq hadisələri baş verir.
Satıcılar təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntüləri araşdırmaq üçün hüquq mühafizə orqanlarına təhvil verib.
Görüntülərdə oğruların hətta manikenlərin üzərində olan geyimləri də çıxararaq oğurladıqları aydın görünür.