Türkiyədə onlarla qonaq toy tortundan zəhərlənibbackend

Türkiyədə onlarla qonaq toy tortundan zəhərlənib

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda keçirilən toy mərasimi zamanı qonaqlara verilən tortdan yeyən 60 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzetinə istinadla xəbər verir.

Qonaqlar toydan evlərinə qayıtdıqdan sonra qarın ağrısı, mədə bulantısı və qusma şikayətləri ilə tibb müəssisəsinə müraciət ediblər. Onlar müvafiq müalicədən sonra xəstəxanadan evə buraxılıblar.

Dəvətlilərin toyda təqdim edilən 10 qatlı tortdan zəhərləndiyi güman edilir.

Bildirilir ki, mərasimdə yemək verilməyib, sadəcə ənənəvi tort kəsimi həyata keçirilib. Bəy və gəlin tortdan rəmzi olaraq kiçik dilimlər yedikdən sonra, qalan dilimlər bütün qonaqlara paylanılıb.

Bəy və gəlinin tortdan zəhərlənmədiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*