Türkiyədə oteldə ölənlərin yarısı 18 yaşdan kiçikdirbackend

Türkiyədə oteldə ölənlərin yarısı 18 yaşdan kiçikdir

Türkiyənin Boludakı Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən faciə qurbanlarının demək olar ki, yarısı 18 yaşdan kiçik olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti Türkiyə Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Yanğın nəticəsində ölənlərin azı 36 nəfərinin yaşı 18-dən aşağı olduğu qeyd edilir.

Zərərçəkənlərin siyahısını məhkəmə-tibb şöbəsi açıqlayıb.

Ölənlərdən ən kiçiyi beş yaşlı uşaq olub. Bir neçə ailədə bir neçə uşaq həyatını itirib.

Bundan əvvəl oteldəki yanğında bir ailədən 14 nəfərin öldüyü bildirilirdi.

Faciə qurbanlarının sayının 79-a yüksəldiyi deyilir.

“Grand Kartal” otelində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni ölkədə matəm günü elan edib və bölgəyə səfər edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*