Türkiyənin Aydın şəhərində restoranda partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli mətbuat hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Artıq sosial şəbəkələrdə hadisə yerindən ilk görüntülər yayılıb. Onların fikrincə, partlayış dalğası çox güclü olub.
İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb. Dörd nəfərin də yaralandığı bildirilir.
Qeyd olunub ki, müəssisədə qaz balonu partlayıb. Həmin vaxt binada 20-dən çox insan olub.
İqbal Rzayev,
KONKRET.az