Türkiyədə proqramın aparıcısı və qonağı saxlanıldı — SƏBƏB backend

Türkiyədə proqramın aparıcısı və qonağı saxlanıldı — SƏBƏB 

YouTube-da yayımlanan “Soyuq Müharibə” proqramının aparıcısı Boğaç Soydemir və verilişdə qonaq olan Enes Akgündüz haqqında həbs qərarı çıxarılıb.

KONKRET.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu “Soyuq Müharibə” verilişində lentə alınan videoda “İçki bütün pisliklərin anasıdır” hədisindən istifadə edilərək, ictimaiyyəti təhrik edən və Məhəmməd peyğəmbərə qarşı nifrət dolu paylaşımların olduğu müəyyən edildikdən sonra “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya ictimaiyyəti alçaltmaq” cinayəti ilə əlaqədar araşdırma başlanılıb.

Baş Prokurorluq Türkiyə Cəza Məcəlləsinin 216/1-ci maddəsi ilə nəzərdə tutulan “İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmə və ya təhqir etmə” cinayəti ilə əlaqədar istintaq başlayıb.

Verilişin aparıcısı Boğaç Soydemir və verilişin qonağı olan Enes Akgündüz barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaq ciddi şəkildə davam etdirilir.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*