Türkiyənin şimal-qərbindəki Bursa şəhərində “Qarabağ Azərbaycandır!” adlı fotolardan ibarət sərgi açılıb. Demokratiya Meydanında yer alan ekspozisiyada Anadolu agentliyinin fotoqraflarının 22 şəkli yer alıb. Sərgi bir həftə ərzində davam edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə sərginin keçirildiyi Osmanqazi bölgəsi bələdiyyə başçısı Mustafa Dündar məlumat verib. Dündar deyib ki, “Bütün Bursa sakinlərinin Azərbaycanın qələbə sevincini bölüşməsini istəyərdik”.
KONKRET.az