Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanan robot hücum itləri hərbi xidmətə hazırlanır.
KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, süni intellekti dəstəkləyən sistemlərlə təchiz edilmiş robotlar avtonom hərəkət etmək qabiliyyəti ilə döyüş şəraitində ən çətin funksiyaları yerinə yetirirlər. Onların vəzifələri təkcə maddi-texniki təchizat və kəşfiyyatı təmin etmək deyil, həm də döyüş əməliyyatlarında birbaşa iştirak etməkdir. Yüksək riskli əməliyyatlar zamanı döyüş robotları hərbi hissələrə məqsədlərinə çatmağa kömək edir, eyni zamanda insan itkisini minimuma endirir. Patrul funksiyalarını yerinə yetirən robotlar təhlükənin elementlərini təhlil edir və lazım gəldikdə hadisələrin gedişatına birbaşa müdaxilə etmək qabiliyyətinə malikdir.
Vəli Həsənoğlu,
KONKRET.az