Türkiyədə seçkilərlə bağlı SON DURUMbackend

Türkiyədə seçkilərlə bağlı SON DURUM

Türkiyənin Ali Seçki Komissiyasının (YSK) sədri Əhməd Yenər səsvermə prosesi ilə bağlı son durumu açıqlayıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, prosesin öz axarı ilə davam etdiyini söyləyib.

“Hələ ki, hansısa problem yoxdur”, – YSK sədri vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*