Türkiyənin Bursa əyalətinin Osmanqazi rayonunda təkmühərrikli təyyarə qəzaya uğrayıb.
KONKRET.az “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Bursanın valisi Yakup Canpolat məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb.
Hadisənin səbəbi hələ məlum deyil.
Qəza ilə bağlı araşdırma aparılır.