Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı – YENİLƏNİBbackend

Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı - YENİLƏNİB

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Düzce rayonunda  baş verən zəlzələ nəticəsində yaralanan şəxslərin sayını açıqlayıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir bununla bağlı tviter hesabında paylaşım edib.

O, qeyd edib ki, Düzcenin Gölyaka mahalında olan zəlzələdə yaralananların sayı 93 nəfərdir.

“Son hesablamalara görə, Düzcedə zəlzələ nəticəsində yaralananların sayı 93 nəfərdir. Düzcedə 1, İstanbulda 2, Boluda 14, Zonquldakda 10, Sakaryada 26, Bursada 4 yaralı var. 17 nəfər hələ də xəstəxanalarımızda müalicə alır, Allah onları bütün bəlalardan qorusun”, – deyə nazir bildirib.

09:03

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında 22 nəfərin xəsarət aldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*