Türkiyədə zəlzələ oldu – Panika yaşandıbackend

Türkiyədə zəlzələ oldu – Panika yaşandı

Türkiyənin Çanaqqala vilayətinin Gökçeada rayonu sahillərində bu gün 5.2 bal gücündə zəlzələ baş verib.

KONRKET.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi “X” (keçmiş Twitter) hesabında yayımlayıb.

Zəlzələnin episentri Yunanıstanın Ayion Oros bölgəsində, Gökçeadadan təxminən 130 kilometr uzaqlıqda, 7 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla 15:46-da hiss olunub.

Zəlzələ Çanaqqala, İzmir, Aydın və ətraf ərazilərlə yanaşı, Egey və Mərmərə bölgələrində də güclü şəkildə hiss edilib.

Hazırda dağıntı və ya insan itkisi barədə rəsmi məlumat yoxdur. Rəsmilər əhalini təşvişə düşməməyə və rəsmi kanalları izləməyə çağırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*