Türkiyədəki etirazlarda 1418 aksiyaçı saxlanıldıbackend

Türkiyədəki etirazlarda 1418 aksiyaçı saxlanıldı

Son 6 gündə Türkiyədəki etiraz aksiyalarında 1418 şübhəli saxlanılıb.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial hesabında paylaşım edib.

“Küçələrdə terror törətməyə cəhd edənlərə heç vaxt güzəştə getməyəcəyik. Martın 19-dan bu yana keçirilən qanunsuz nümayişlərdə 1418 şübhəli saxlanılıb. Hazırda 979 şübhəli həbsdə olsa da, terrora cəhd edənlərin 478 nəfəri bu gün məhkəməyə çıxarılacaq.

Milli-mənəvi dəyərlərimizi, polislərimizi, prezidentimiz Ərdoğanın rəhmətlik anasını və ailəsini təhqir edənləri bir daha lənətləyirəm. Təhlükəsizlik qüvvələrimiz millətimizin əmin-amanlığını və təhlükəsizliyini 7/24 qoruyacaq”, – türkiyəli nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*