“SIPER uzun mənzilli hava hücumundan müdafiə sistemimiz olacaq. İşlər sona çatdı. Çox yaxında Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə ROKETSAN-ın baş direktoru Murat İkinci bildirib.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Türkiyə Silahlı Qüvvələrinin inventarına “Tayfun” uzaqmənzilli raketləri daxil edilib. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da xüsusi açıqlama ilə çıxış edib.
Natiq Səlim,
KONKRET.az