Türkiyə Ermənistana növbəti dəfə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edilib.
“Ermənistanın qeyri-səmimiliyi ucbatından Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır. Biz Osmanlı paşalarımızın və azərbaycanlı qardaşlarımızın qətllərini tərənnüm edən abidənin qoyulmasını qəbul etmirik. Abidə sökülməzsə, yeni addımlar atacağıq”, – Çavuşoğlu deyib.
Xatırladaq ki, Türkiyə hava məkanını Ermənistandan üçüncü ölkələrə uçuşlar üçün bağlayıb. Bu, İrəvanda Osmanlı və Azərbaycan hökumət üzvlərinə qarşı terror aktları törədən daşnak silahlılarına abidənin açılışına cavab olaraq edilib.
Xuraman Etibarlı,
KONKRET.az